20 Avqust 2024 11:51
903
ŞOU-BİZNES

Damla: “Öz tərbiyəmə sığınıb çox şeyi danışmamşam”

Sakitliyi ilə diqqət çəkən müğənni Damla bu dəfə sükutu pozub.

Adalet.az bildirir ki, müğənni ona söz atanların cavabını verib:

“Mən həmişə sakit dayanmışam. İndi də çox vaxt susmağı üstün tuturam. Amma inanıram ki, mənə atılan daçlar bir- bir öz sahiblərinə qayıdacaq. İnsan ədalətli olmalıdır. Haqqı nahaqqa qurban vermək olmaz. Əlinə mikrafon düşən kimi hamısı məndən danşır. Mən isə həmişə öz tərbiyəmə sığınıb çox şeyi danışmamşam. Düşünürəm ki, heç lazım da deyil. Allah hər şeyi görür. Mənim kiminsə eyibini yaymağa haqqım yoxdur. Qarşımdakı pislik etsə belə”.

Əntiqə