15 Avqust 2024 12:47
1269
ŞOU-BİZNES

Dana: “Övlad ailə qurur və sən tək qalırsan…”

Müğənni Dürdana (Dana) yenidən ailə qurması ilə bağlı danışılan söz-söhbətələrə son qoyub.

Adalet.az bildirir ki, o, bu barədə şou-proqramların birində açıqlama verib:

“Mən hələ ki təkəm. Oğlumla yaşayıram. Digər(böyük) oğlum isə atasıyla yaşayır. Məndən ayrı yaşayır. Böyük oğlandır artıq. Evlənəcək, ailə sahibi olacaq. Balaca oğlum da  zamanı gələndə ailə quracaq. Övladlar ailə quranda sən tək qalırsan. Və düşünürəm ki, həmin vaxt insanın yanında kimsə olmalıdır. Ona dəstək və həmdəm olan bir kəs olmalıdır. O üzdən də heç vaxt “heç vaxt” demirəm. Bəlkə də gələcəkdə ailə quraram. Amma hələ təkəm”.

Əntiqə Kərimzadə