02 Iyul 2024 18:42
403
HADİSƏ

Daşkəsən ərazisindən axan çaydan sel keçir - VİDEO

Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar çayından sel keçib.

Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsində iyulun 7-si saat 17:30-dan başlayan güclü leysan xarakterli yağıntı nəticəsində çayda sel müşahidə olunur.