Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Adalet.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 1986, 1990 və 2017-ci il təvəllüdlü şəxslərə dəm qazının toksik təsiri diaqnozu təyin edilib və onların hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.
***
08:19
Daşkəsən rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Adalet.az apa-ya istinadən xəbər verir ki, zəhərlənənlər 1986-cı il təvəllüdlü Elvin Əliyev, onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Aygün Əliyeva və onların 2017-ci il təvəllüdlü azyaşlı övladı Fərid Əliyevdir.
Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər ailə üzvlərinə ilkin tibbi yardım göstəriblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
İlkin ehtimallara görə, ailə yaşadıqları evin vanna otağında dəm qazına məruz qalıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
07 Fevral 2026 18:53
Liseydə güllənənən müəllimin atası nələri danışdı? - VİDEO
07 Fevral 2026 13:13
Ayağı velosipedin pedalına sıxışan 4 yaşlı uşağa köməklik göstərilib
07 Fevral 2026 09:49
İsmayıllıda maşın piyadanı vuraraq öldürüb
06 Fevral 2026 19:33
Qəza aradan qaldırıldı...
06 Fevral 2026 16:45
Liseydə boynundan güllələnən direktor müavini əməliyyat olundu - YENİLƏNİB
06 Fevral 2026 16:36
Şagird liseyə silahla belə daxil olub - VİDEO
06 Fevral 2026 12:46
Sumqayıtda məktəblilər arasında insident oldu - RƏSMİ
06 Fevral 2026 10:44


Bakı -°C

