“Daşlarda Gizlənən Hekayə, Karacahisar Camisi: Bir Dövlətin Təməlində Yüksələn Məbəd”

Eskişehir, Türkiyənin mərkəzində yerləşən, tarixi və mədəni zənginliyi ilə seçilən bir şəhərdir. Bu şəhərin səssiz təpələrindən birində, zamanın tozuna bürünmüş, lakin ruhunu itirməmiş bir məbəd durmaqdadır. Karacahisar Camisi. Bu cami, sadəcə bir ibadətgah deyil o, Anadolu torpaqlarında Osmanlı izlərinin ilk dəfə görünməyə başladığı bir dönəmin canlı şahididir.
Karacahisar Camisi, Eskişehirin Odunpazarı bölgəsində yerləşən Karacahisar Qalasının içində inşa edilmişdir. Bu qala, XIII əsrin sonlarında Osman Gazi tərəfindən fəth edilən ilk Bizans qalası olaraq tarixə düşmüşdür. Qalanın fəthi, Osmanlı dövlətinin təməl daşlarından biri sayılır. Məhz bu qalada, Osman Gazi ilk dəfə qazi titulu ilə tanınmış və burada ilk Osmanlı məhkəməsi qurulmuşdur. 1299-cu ildə, Şeyx Ədəbalının təklifi ilə Dursun Fakih tərəfindən Karacahisar Camisində Osman Gazi adına oxunan xütbə, Osmanlı dövlətinin dünyaya elan edilməsi anlamına gəlirdi. Bu hadisə, sadəcə dini deyil, siyasi və ideoloji baxımdan da böyük əhəmiyyət daşıyırdı.
Qaracahisar Camisi, bugünkü nəhəng məscidlər kimi bəzəkli minarələri ilə tanınmır, sadə memarlıq üslubu ilə seçilir. Sanki daşlar özləri danışmayaraq, üzərimə kölgə salan tarix danışsın deyir. Daş və kərpicdən inşa edilmiş bu məbəd, dövrünün estetik anlayışını əks etdirir. Məscid, zamanla bir neçə dəfə bərpa edilsə də, orijinal ruhunu qorumağı bacarmışdır. İçərisindəki mihrab və minbər, Anadolu memarlığının erkən Osmanlı dövrünə aid izlərini daşımaqdadır. Hər bir oyma sənəti, o ustaların əllərindəki inamın izini daşıyır. Düzbucaqlı forması, qalın daş divarları, işığı yumşaq şəkildə süzən kiçik pəncərələri ilə sanki zamanın axışını daxilində saxlamaqdadır.
Karacahisar Camisini ziyarət etmək, sadəcə bir tarixi məkanı görmək deyil bu, keçmişlə ruhani bir dialoqa girmək kimidir. Bura xüsusilə tarix sevərlərin, sükunət axtaranların sevimli məkanına çevrilmişdir. Bahar aylarında, ətrafdakı təbiət mənzərəsi ilə birlikdə məscid, bir açıq hava muzeyinə çevrilir. Məscid hər bir daşında bir hekayə gizləyən, səssizcə danışan bir tarix kitabıdır. Bu məkan, sadəliyin və mənəviyyatın memarlıqla necə birləşdiyini, bəzən ən böyük abidələrin daşdan deyil, yaddaşdan və inamdan ucaldığını bizlərə göstərməktədir.
Fikrət Əkbərli
Digər Xəbərlər

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir – FOTOLAR

Qara dənizin təbiət və mədəniyyət mərkəzi Giresun – FOTOLAR

Leyla və Arzu Əliyevalar Müasir İncəsənət Muzeyində - VİDEO
