Vilayət Eyvazov vətəndaş qəbulu keçirəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu və Lənkəranda polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Adalet.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 06.07.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı iyulun 7-də saat 11:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Digər Xəbərlər
25 Iyun 2026 13:05
İntensiv yağış, güclü külək... - SABAHIN HAVASI
25 Iyun 2026 13:00
Müştərilərin hesab balansları bərpa edildi
25 Iyun 2026 12:17
Şuşanın Sarıbaba kəndində 82 ha ərazi minadan təmizlənib
25 Iyun 2026 11:24
Bu gün qısa iş günüdür
25 Iyun 2026 11:22
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
25 Iyun 2026 09:31
“Bu keyfiyyətləri öz şəxsiyyətində və siyasi fəaliyyətində birləşdirən liderimiz var”
25 Iyun 2026 09:21
“Oğul var ki, atasına sağlığında hörmət etməyib...” - İlahiyyatçı
25 Iyun 2026 09:00


Bakı -°C

