adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Noyabr 2022 22:02
338
İDMAN

DÇ-2022:İspaniya Kosta Rikanı darmadağın etdi - YENİLƏNİB 

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində baş tutan matçda İspaniya Kosta Rikanı darmadağın edib.

Adalet.azz xəbər verir ki, oyun ispanların 7:0 hesablı qələbəsi ilə başa çatıb. 

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində baş tutan matçda İspaniya Kosta Rikanı darmadağın edir. 

Adalet.az xəbər verir ki, qarşılaşmanın 90+3-cü dəqiqəsində Morata İspaniyanın 7-ci qolunu vurub. 

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində baş tutan İspaniya - Kosta Rika matçında hesab dəyişib. 

Adalet.az xəbər verir ki, matçın 90-cı dəqiqəsində Karlos Soler komandasının altıncı qolunu vurub.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda hesab dəyişib.

Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisi 5-ci topu rəqibin qapısından keçirib. 74-cü dəqiqədə Qavi fərqlənib.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda növbəti qol vurulub.

Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisi 4-cü topu rəqibin qapısından keçirib. Ferran Torres 54-cü dəqiqədə dublunu rəsmiləşdirib.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda 3-ci hissə başlayıb.

Adalet.az-ın məlumatına görə, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 3:0.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda ilk hissə başa çatıb.

Adalet.az-ın məlumatına görə, Pireney təmsilçisi fasiləyə böyük hesablı üstünlüklə yollanıb.

***

İspaniya millisi Qətərdəki dünya çempionatında Kosta Rikaya qarşı keçirdiyi E qrupunun ilk tur oyununda 3-cü qolu vurub.

Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisinin heyətində Ferran Torres fərqlənib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 31-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda 2-ci qol vurulub.

Adalet.az-ın məlumatına görə, 21-ci dəqiqədə fərqlənən marko Asensio Pireney təmsilçisinin üstünlüyünü artırıb - 2:0.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda hesab açılıb.

Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisi 11-ci dəqiqədə Dani Olmonun vurduğu qolla önə keçib.

 

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyunu başlayıb.

Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək İspaniya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.

Adalet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İspaniya: Unay Simon, Sesar Asplikueta, Emerik Lyaport, Serxio Busgets, Jordi Alba, Rodri, Pedri, Qavi, Dani Olmo, Marko Asensio, Ferran Torres

Kosta Rika: Keylor Navas, Karlos Martines, Keyşer Fuller, Oskar Duarte, Fransisko Kalvo, Brayan Ovyedo, Cevison Bennetto, Yeltsin Texeda, Selso Borxes, Joel Kempbell, Entoni Kontreras

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.