DÇ-2026-nın qalibi bu gün müəyyənləşəcək
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı bu gün keçiriləcək final oyunu ilə başa çatacaq.
Adalet.az-ın məlumatına görə, həlledici görüşdə son dünya çempionu Argentina millisi İspaniya yığması ilə qarşılaşacaq.
Nyu-Yorkdakı "MetLayf" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olacaq.
Qeyd edək ki, üçüncü yer uğrunda keçirilən oyunda İngiltərə millisi Fransanı 6:4 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb.


Bakı -°C

