Deniz Göktaş saxlanıldı
Türkiyəli komediyaçı Deniz Göktaş stand-up çıxışında “Qurani-Kərim” və vəhy prosesi ilə bağlı səsləndirdiyi fikirlərə görə saxlanılıb.
Adalet.az xəbər verir ki, xaricdən Türkiyəyə qayıdan Göktaş İstanbul Hava Limanında pasport nəzarəti zamanı saxlanılıb.
Məlumata görə, İstanbul Baş Prokurorluğu komediyaçının sosial media hesablarında paylaşdığı videoda cinayət tərkibi müəyyən edib.
Qeyd edək ki, bir neçə gün öncə Deniz Göktaşın müqəddəs kitabları müqayisə edərək vəhy prosesi haqqında dediyi sözlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Dini dəyərləri açıq şəkildə təhqir etdiyinə görə onun barəsində istintaq araşdırması başlanılmış, bu səbəbdən komediyaçının ölkədən qaçması ilə bağlı iddialar da yayılmışdı. D.Göktaş isə X hesabında tətilə getdiyini açıqlamışdı.
Digər Xəbərlər
15 Iyul 2026 14:31
Qumral: “Hotelə ərimlə gedirəm”
15 Iyul 2026 13:56
Günel gileyləndi: “İnanıram ki, səsimə səs verəcəklər”
15 Iyul 2026 13:54
KƏRİM: “Düz deyirlər, özündənrazı adamam”
15 Iyul 2026 12:37
Nəfəs oxudu, Aysun hönkür-hönkür ağladı - VİDEO
15 Iyul 2026 09:36
Mahsun Kırmızıgülün səhnədəki jesti ürəkləri fəth etdi - VİDEO
14 Iyul 2026 20:11
Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"
13 Iyul 2026 22:00
"Əsl bombanı gözləyin" - Haluk Levent açıqlama yaydı
13 Iyul 2026 17:51


Bakı -°C

