adalet.az header logo
  • Bakı -°C
28 Iyul 2026 10:54
58
ŞOU-BİZNES
A- A+

Nəsrin Cavadzadənin serialı ilə bağlı yeni qərar

Baş rollarından birini azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin canlandırdığı "Daha 17" serialının yayımı ilə bağlı yeni qərar qəbul edilib.

Adalet.az xəbər verir ki, ekran işi yalnız yay mövsümü ilə məhdudlaşmayacaq. Layihənin payız-qış televiziya mövsümündə də izləyicilərlə görüşəcəyi bildirilib.

Məlumata görə, yeni mövsümdə "Daha 17" serialı "TRT 1" kanalında yayımlanan "Teşkilat" serialı ilə eyni gün efirə gedəcək və izləyici uğrunda rəqabət aparacaq.

Yeni yayım planı serialın izləyiciləri tərəfindən maraqla qarşılanıb və layihənin qarşıdakı mövsümdə göstərəcəyi nəticələr artıq müzakirə mövzusuna çevrilib.