“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” adlı layihəyə start verdi
Xəbər verdiyimiz kimi “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üçün elan etdiyi kiçik qrant layihəsinin qalibi olmuşdur. İcrası iki ay nəzərdə tutulan layihə “Dənizçi şəhid ailələri ilə iş” adlanır.
İctimai Birliyin İnformasya Bölümündən verilən məlumata görə, layihənin müddəti 2026-cı ilin iyul ayının 1-dən, avqust ayının 30-na qədərdir. “DSD” İB-nin idarə heyətinin sədri, layihə rəhbəri, gəmi kapitanı, şair Faiq Balabəyli bizimlə söhbətində bildirdi ki, layihə çərçivəsində komandamız tərəfindən artıq müəyyən işlər görülüb, fəaliyyətimiz zamanı bizimlə tərəfdaşlıq edəcək təşkilatlarla razılıq əldə edilib, müqavilələr bağlanıb,ekspert dinləmələri üçün tanınmış şəxslərlə söhbətlər aparılıb.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə gerçəkləşdirəcəyimiz bu layihə çərçivəsində şəhid dənizçi ailələri və müharibə iştirakçıları ilə fəaliyyət planında ümumilikdə 4 tədbirin keçirilməsi nəzərdə tutlub. Tədbirlərin keçirilməsi üçün yerlərin ayrılması, dənizçi şəhid ailələrinin tədbirə cəlb edilməsi üçün tərəfimizdən AXDG QSC-yə yazılı müraciət olunub. Ənənəvi olaraq dənizçilərimizin sosial həyatı və digər sahələr üzrə gerçələşfirdiyimiz layihələr ASCO-nun sosial həyatında səmərəli və yadda qalan olub. Əminliklə deyirəm ki, bu dəfə də uğurlara imza atacağıq..
Layihə sədri onu da vurğuladı ki, “Dənizçi şəhid ailələri ilə iş” adlanan layihədə də dənizçi şəhid ailələrinin sosial, mədəni və hüquqi baxımdan maariflənməsi üşün fəaliyyət planımıza daxil olan işlər görüləcək, mütəxəssisekspert rəyləri dinlənəcək, dövlətimizin, eləcədə Gəmiçiliyimizin onların sosial rifahı naminə gördükləri işlərlə bağlı məlumatlar çatdırılacaq, hədiyyələr təqdim ediləcək.
Tural Balabəyli “DSD”İB -nin layihə üzrə Analitik-İnformasiya Bölümünün rəhbəri
Digər Xəbərlər
16 Oktyabr 2026 09:00
HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR
09 Oktyabr 2026 09:05
ATMOSFERƏ NORMADAN ARTIQ ZƏRƏRLİ QAZLAR ATAN KİMLƏRDİR?
02 Oktyabr 2026 09:17
BİZ XANKƏNDİNİ YUXUMUZDA GÖRƏRDİK
25 Sentyabr 2026 09:00
AZƏRBAYCAN DÜNYAYA NÜMUNƏDİR
21 Sentyabr 2026 11:16
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
18 Sentyabr 2026 09:00
DÜNYANIN ƏN GÖZƏL YURDU: KƏLBƏCƏR!
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00


Bakı -°C

