Deputat bu şəxslərin maaşının artırılmasını təklif etdi
"Müdafiə, təhlükəsizlik, hüquq-mühafizə orqanları əməkdaşlarına, hakimlərə, dövlət qullquçularına layiqli həyatını təmin edəcək qədər əməkhaqqı vermədən, korrupsiyaya qarşı effektli mübarizəni təşkil etmək etmək, qanunların aliliyini təmin etmək həlli çətin vəzifədir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin büdcə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, bu kateqoriyadan olan şəxslərin əməkhaqqlarının artırılmasına diqqət yönəldilməlidir ki, onlar əlavə qazanc barədə düşünməsinlər.
Deputat qeyd edib ki, indiki statusla bələdiyyələrə pul ayrılması itkidir: "Bələdiyyələrin statusu olsa, onların gəliri də olacaq, çox işlər görəcəklər".
Digər Xəbərlər
25 Yanvar 2026 13:52
Sahibə Qafarova Bəhreyn Krallığında səfərdədir - FOTOLAR
25 Yanvar 2026 12:20
“Dezinformasiya siyasətinə qarşı mübarizə hər bir fərdin məsuliyyətidir”
25 Yanvar 2026 08:52
Hikmət Hacıyev və Vəhid Cəlalzadə arasında görüş baş tutub
24 Yanvar 2026 15:30


Bakı -°C

