Deputat:"Bu manyakın "dəmir" məntiqinə görə, çox itirsək, çox da qazanacağıq"
Xəbər vermişik ki, Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda erməni icması ilə görüşdə çxışlar edib. O qeyd edib ki, Ermənistanda ideoloji dəyişiklik baş verir və bu dəyişiklik ilk növbədə hakimiyyətdə gedir:“Bizdən əvvəlki hökumətin fərqli ideologiyası olub, indi ideoloji transformasiya gedir. Belə bir fikir var idi ki, Ermənistan Respublikası ali məqsədlər üçün dayaq nöqtəsidir. Bu məqsədlər tarixi keçmişlə bağlıdır. İndi Ermənistan Respublikasının özü ali milli məqsəddir və bundan yüksək milli məqsəd ola bilməz”.
Paşinyan qeyd edib ki, bu transformasiya erməni xalqının keçdiyi yola görə baş verir:”Ermənistan 44 günlük müharibədə məğlubiyyətdən keçərək, müstəqil, suveren dövlətə sahib olmaq imkanı qazanıb”.
Ermənitan paramentinin deputatı Tiqran Abramyanın Paşinyanın fikirlərini şərh edib:
“İlk baxışda cəmiyyətin bəzi qruplarına nə qədər qəribə görünsə də, indiki hakimiyyətin məntiqinə görə, məğlubiyyətlər nə qədər çox olarsa, Ermənistanın “doğru yol” seçməsi ehtimalı da bir o qədər çox olar. Ermənistanın ABŞ-dakı məğlubiyyətindən qürur duyan Paşinyan qeyd edib ki, “məncə, həmin məğlubiyyəti (44 günlük müharibə) keçməklə biz müstəqil, suveren dövlətə sahib olmaq imkanı əldə etmişik”.
Əslində, Paşinyanın “dəmir” məntiqinə görə, nə qədər çox itirsək, müstəqilliyimiz, suverenliyimiz bir o qədər möhkəmlənəcək. Paşinyan Ermənistanın perspektivini təqdim edir, nəinki yeni məğlubiyyətləri proqnozlaşdırır, həm də onun böyük “səylərinə” əvvəlcədən haqq qazandırmağa çalışır.
Əylənməyə tələsməyin, qoy bu çılğın və ya manyak danışsın".
Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan arvadı Anna Akopyanla birgə Vaşinqtonda işgüzar səfərdəyi və onar Ermənistan səfirliyi qarşısında etirazla qarşılandı. Aksiyaçılar Paşinyan siyasətinə etiraz əlaməti olaraq yazılı plakatlar qaldırıblar. Plakatlarda "Paşinyan Ermənistanın devirir" şüarları olub.
Əntiqə Rəşid
Digər Xəbərlər
27 Dekabr 2025 11:40
“Dövlət qayğısı ölkədə sağlam həyat tərzinə və idmana marağı artırır”
27 Dekabr 2025 11:39
“Rusiya buna görə Azərbaycana kompensasiya ödəmir...” - Politoloq
26 Dekabr 2025 20:00
"Erməniəsilli şəxslərin azad olunmaları ilə bağlı qərarları bizə qəbul etdirmək mümkün deyil" - Nazir
26 Dekabr 2025 18:51
Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 Dekabr 2025 18:23
Nazir "qara siyahı"ya salınan şəxslərin sayını açıqladı
26 Dekabr 2025 18:17
Prezident İrəvandakı konfransa qatılacaq? - AÇIQLAMA
26 Dekabr 2025 17:36
Milli Məclisin son iclasının gündəliyi açıqlanıb
26 Dekabr 2025 17:12


Bakı -°C

