Deputatlar gələn həftə tətilə çıxır
Xəbər verdiyimiz kimi, dekbarın 30-da Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçiriləcək.
Adalet.az-ın məlumatına görə, yanvarın 1-dən isə Milli Məclis tətilə çıxır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. 2026-cı il fevralın 1-i bazar gününə düşdüyündən plenar iclas fevralın 2-də keçiriləcək.
Digər Xəbərlər
26 Dekabr 2025 17:36
Milli Məclisin son iclasının gündəliyi açıqlanıb
26 Dekabr 2025 17:12
Azərbaycan minaların xəritəsini Ermənistandan israrla tələb edəcək
26 Dekabr 2025 15:25
"Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub" - Ceyhun Bayramov
26 Dekabr 2025 13:26
Milli Məclisin payız sessiyasının sonuncu iclasının vaxtı açıqlandı
26 Dekabr 2025 11:41
"Dəfələrlə xəstəxanalarda olmuşam, gördüyüm mənzərə ürəkaçan olmayıb" - Deputat
26 Dekabr 2025 11:08
“Bu prosesdə iştirak edən hər kəs öz layiqli cavabını alacaqdır...”
26 Dekabr 2025 11:02
Parlamentin növbəti iclası başladı
26 Dekabr 2025 10:27


Bakı -°C

