27 Iyun 2024 18:26
396
ELM VƏ TƏHSİL

Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq.

Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatı ayrılacaq:

“İstəyirik ki, uşaqlarımıza daha yaxşı nəticə göstərmiş müəllimlərimiz dərs desin. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb onlara verəcəyik. Sadəcə, mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada kimsə “1 bal daha artıq yığıb” məntiqi ilə yox, 57 bal toplayanla 31 bal toplayan müəllimə fərq qoyulacaq”.