Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi
İyulun 1-də Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanının nəticələri elan edilib. Sözügedən imtahanlar 21, 22, 23 iyun tarixlərində təşkil olunub.
Bu barədə Adalet.az-a Təhsil İnstitundan məlumat verilib. Bildirilib ki, şagirdlər sy.edu.az platforması üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 10 bal nəticə göstərmiş şagirdlər seçim mərhələsində iştirak edərək lisey seçimi etməlidirlər. Qeyd edək ki, bu mərhələdə şagirdlərə 3 lisey seçimi hüququ verilir. Hər 3 seçimi etmək zəruri deyil.
Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər üçün 9 iyul saat 16:00-dək şagirdə uyğun müəssisələr arasından seçim edilməlidir. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.
Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 4 iyul saat 12:00 tarixinədək [email protected] elektron ünvanı vasitəsilə qəbul edilir.
Digər Xəbərlər
19 Iyun 2026 17:56
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
19 Iyun 2026 17:28
513 əlaçı 0-200 bal toplayıb
19 Iyun 2026 16:44
Ankarada Azərbaycan dili kurslarında şifahi və yazılı sınaqlar başa çatıb
19 Iyun 2026 15:49
Hamı müəllimə borcludur...
19 Iyun 2026 13:34
Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
19 Iyun 2026 09:44
Azərbaycan Universiteti İtaliyada keçirilən “International Staff Week” tədbirində təmsil olunub
18 Iyun 2026 12:34
Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
17 Iyun 2026 14:36


Bakı -°C

