Ankarada Azərbaycan dili kurslarında şifahi və yazılı sınaqlar başa çatıb
Ankarada Azərbaycan dili kurslarında şifahi və yazılı sınaqlar başa çatıb, kurs müdavimləri dəyərləndirilib.
Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Gazi Universitetində təşkil olunan Azərbaycan Türkçəsi Tədris Ocağında Dil kursunda təhsil alan müdavimlər üçün semestrin yekun imtahanları keçirilib.
Şifahi imtahanın qiymətləndirmə komissiyasının tərkibində Azərbaycan Mədəniyyət Mərkəzinin Başkanı Samir Abbasov, Gazi Universitetinin Türk Dünyası Araşdırmaları və Tətbiqi Mərkəzinin müdiri, professor Bülənt Aksoy və kursun təlimçisi, dr. Şəhla İbişova iştirak ediblər.
Qeyd edək ki, kurs iştirakçıları əvvəlcə yazılı imtahanda iştirak ediblər. İmtahan zamanı onların qrammatika, oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqları yoxlanılıb. Yazılı mərhələni uğurla başa vuran müdavimlər daha sonra şifahi imtahana cəlb olunublar.
Şifahi imtahan öncəsi Azərbaycan dili kursunun təlimçisi, dr. Şəhla İbişova kursların fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verib. O, bu tədris dövründə kurslarda əsasən Türkiyə vətəndaşları iştirak etsələr də, Qazaxıstan, Şimali Makedoniya və Özbəkistandan olan tələbələr də Azərbaycan dilini öyrəndiyini, Türkiyədə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr Azərbaycan dilinin başlanğıc səviyyəsi üzrə proqramı uğurla tamamladığını qeyd edib. Qeyd olunub ki, dərslər çərçivəsində yalnız Azərbaycan dilinin qrammatikası tədris edilməyib, eyni zamanda ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi və ümumi mədəni irsi ilə bağlı mövzulara da geniş yer ayrılıb.
Bununla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən kurs müdavimləri üçün Bakı şəhərində yay məktəbi proqramı təşkil olunub. Proqram çərçivəsində iştirakçılar müxtəlif təhsil müəssisələrini, tarixi və mədəni məkanları ziyarət edib, tanınmış ədəbiyyat və elm xadimləri ilə görüşlər keçiriblər. Bildirilib ki, bu səfər tələbələrin dərslərdə əldə etdikləri bilikləri praktik şəkildə möhkəmləndirmələrinə və Azərbaycanı daha yaxından tanımalarına mühüm töhfə verib.
Daha sonra keçirilən şifahi imtahanda müdavimlərə kurs proqramı və ümumi dünyagörüşü ilə bağlı suallar ünvanlanıb.
İştirakçılar sualları Azərbaycan dilində cavablandıraraq dil üzrə əldə etdikləri başlanğıc səviyyəli bilik və bacarıqları nümayiş etdirib, eyni zamanda kurslarla bağlı təəssüratlarını bölüşüblər.
Həm yazılı, həm də şifahi imtahanlardan müvafiq nəticə əldə edən müdavimlərə Azərbaycan Mədəniyyət Mərkəzi ilə Gazi Universitetinin birgə əməkdaşlığı çərçivəsində rəsmi sertifikatların təqdim olunacağı bildirilib.
Digər Xəbərlər
19 Iyun 2026 17:56
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
19 Iyun 2026 17:28
513 əlaçı 0-200 bal toplayıb
19 Iyun 2026 15:49
Hamı müəllimə borcludur...
19 Iyun 2026 13:34
Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
19 Iyun 2026 09:44
Azərbaycan Universiteti İtaliyada keçirilən “International Staff Week” tədbirində təmsil olunub
18 Iyun 2026 12:34
Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
17 Iyun 2026 14:36
14 iyun imtahanının nəticələri - Elan olundu
17 Iyun 2026 11:11


Bakı -°C

