01 Iyul 2024 13:58
266
ELM VƏ TƏHSİL

SABAH qruplarına imtahan verənlərin nəzərinə: Nəticələr elan olundu

Dövlət İmtahan Mərkəzi (DİM) “SABAH” qruplarına qəbul olmaq üçün iyunun 30-da keçirilmiş imtahanın nəticələrini elan edib.

DİM-dən Adalet.az-a bildirilib ki, imtahan iştirakçıları Mərkəzin internet saytında topladıqları bal və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahandan topladıqları bal haqqında məlumatı mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 2025 tələbədən 539-u imtahana gəlməyib.