Di Mariya Messini geridə qoydu
Portuqaliyanın "Benfika" klubunun futbolçusu Anxel Di Mariya UEFA Çempionlar Liqasında (ÇL) məhsuldar ötürmə sayında Lionel Messini geridə qoyub.
Adalet.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi buna səfərdə Fransa təmsilçisi "Monako"ya qalib gəldikləri matçda (3:2) nail olub.
Argentinalı oyunçu sözügedən qarşılaşmada iki assistlə yadda qalıb. O, qitənin bir nömrəli klub turnirindəki məhsuldar ötürmələrinin sayını 41-ə çatdırıb.
Beləliklə, Di Mariya həmyerlisi Lionel Messini (40) qabaqlayıb. Hazırda ÇL-də rekordçu Kriştianu Ronaldudur - 42 assist.
Qeyd edək ki, Anxel Di Mariya cari mövsüm bütün yarışlarda meydana çıxdığı 16 görüşdə 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər Xəbərlər
02 Oktyabr 2026 23:11
"Fənərbağça"dan qardaşlıq PAYLAŞIMI - FOTO
02 Oktyabr 2026 21:45
“Sabah”ın müdafiəçisi millinin heyətindən çıxarıldı
02 Oktyabr 2026 20:21
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
02 Oktyabr 2026 19:22
"Fənərbağça" Bakıda - FOTOLAR
02 Oktyabr 2026 17:31
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarıldı
02 Oktyabr 2026 12:07
Millətlər Liqası: Fransa İtaliyaya qarşı
02 Oktyabr 2026 11:54
Portuqaliyaya qol vurdu, Ronaldo kimi sevindi - VİDEO
02 Oktyabr 2026 10:14


Bakı -°C

