"Dilənçilik edən uşaq valideynin əlindən alınmalıdır" - Deputat

“İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik mlumatına qeyd olunur ki, reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən 616 azyaşlı müəyyən edilərək, onları hüquqazidd əməllərə təhrik edən 354 valideyn barədə tədbirlər görülüb. Uşaqlarını dilənçiliyə sövq edən hansı valideyn olar? O uşaqları həmin valideynə qaytardınsa, deməli onlar yenə də bu fəaliyyətə yönləndiriləcəklər”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
“Dövlət xüsusi mexanizmi tətbiq etməli və internat məktəbi yaratmaq olar. Küçədə dilənçilik edən uşaq tutuldusa, dərhal ora göndərilməlidir və valideynin əlindən alınmalıdır. O uşaqlara dövlət sahib çıxmalı, yenidən küçəyə qayıtmasına imkan tanımamlıdır. Sosial şəbəkədə də gördük, bir-birinə fiziki xəsarət yetirən dilənçi uşaqların polis qayğısına qalır, davanı yatızdıra bilir. Amma bu, çıxış yolu deyil” , - deyə deputat bildirib.
Digər Xəbərlər

Azərbaycanda istiliyin verilməsi vaxtı dəyişdiriləcək

Azərbaycanda istilik təchizatı sahəsinin özəlləşdirilməsi təklif olunur

Daşınmaz abidələrin pasportlaşdırılması üçün vahid qaydalar yaradılır
