DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirdi
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahan elektron formada kompüterlər vasitəsilə keçirilib. İlkin məlumatlara əsasən 1 nəfərin üzərində yardımçı vasitələr (konspekt) aşkar olunduğu üçün imtahandan kənarlaşdırılıb.
İmtahanın keçirilməsi üçün ümumilikdə 2 bina, 3 zal admini, 2 ümumi imtahan rəhbəri, 21 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
Yekun imtahan nəticələri “Danışıq bloku” imtahanı keçiriləndən iki həftə sonra elan olunacaq.
Qeyd 1. Fevralın 15-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan fevralın 19-da keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.
Qeyd 2. Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.
Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı fevralın 16-da keçiriləcək.
Digər Xəbərlər
12 Fevral 2026 12:22
DİM burada təhsil alan 258 şəxs üçün imtahan keçirəcək
12 Fevral 2026 11:19
23 minə yaxın namizəd magistraturaya imtahan verəcək
11 Fevral 2026 18:00
150-dən çox məktəbə direktor təyin olunur
11 Fevral 2026 12:11
6 məktəbə direktor təyinatı oldu
10 Fevral 2026 18:18
Təhsildə süni intellekt: faciələrdən sonra xatırlanan itirilmiş fürsət
10 Fevral 2026 15:57
Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib - FOTOLAR
10 Fevral 2026 12:56
HAMININ TANIDIĞI NAZİR - Kəmalə Abiyeva Aydın Qızı yazır
10 Fevral 2026 12:23


Bakı -°C

