DİN-dən əhaliyə xəbərdarlıq: Kiber məkanda hər bir təklif şübhəlidir
“Kiber məkanda hər bir təklif şübhəlidir. Bütün müdaxilələr kart sahibinin aldadılması, şirnikləndirilməsi nəticəsində baş verir”.
Adalet.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
“Əgər kartda 1, 10, 45 yaxud 50000 manat varsa da fərq etməz, kart məlumatları naməlum şəxslərə verilməməlidir. Saxta linklərə daxil olma, saxta satış, saxta reklam, beh ödənişləri, saxta investisiya, saxta lotereya oyunları, karta müdaxilə, əlavə qazanc, pul köçürmələri, valyuta dəyişmələri, kriptovalyuta, təhlükəsizliyin artırılması məzmununda olan kiber tələlər vasitəsilə vətəndaşlarımızın bank kartlarından oğurluqlar edilir. Bu hallara qarşı hər bir vətəndaş diqqətli olmalıdır. Kibertəhlükəsizlik davamlı prosesdir”, - E.Hacıyev qeyd edib.
Digər Xəbərlər
16 Sentyabr 2026 12:47
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
16 Sentyabr 2026 11:03
Azərbaycanda bu bələdiyyələrin adlarının dəyişdirilməsi təklif olunur
16 Sentyabr 2026 10:17
Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdama gəliblər
16 Sentyabr 2026 10:16
FHN cəzaçəkmə müəssisəsində təlim keçirdi - VİDEO
15 Sentyabr 2026 18:38
Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO + FOTOLAR
15 Sentyabr 2026 17:55
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi
15 Sentyabr 2026 17:32
Allahşükür Paşazadə Prezidentə təşəkkür etdi
15 Sentyabr 2026 16:55


Bakı -°C

