Əri öldü, biskvit qutusundan sərvət tapdı
İngiltərənin Kornuoll şəhərində evdən tapılan köhnə biskvit qutusundan sərvət çıxıb.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, ərinin ölümündən sonra evini təmizləyən qadın, təxminən 50 ildir gizlədilən bir peçenye qutusunun içərisində 62 qızıl sikkə tapıb.
Sikkələr qadının 1970-ci illərdə vəfat edən ərinin investisiya olaraq aldığı qızıl kimi müəyyən edilib. Bildirilib ki, qadının əri o dövrün iqtisadi şəraiti və yüksək inflyasiya ilə bağlı narahatlıqlar səbəbindən qızılı təhlükəsiz investisiya hesab edib və əmanətləri barədə ətrafdakılara danışmayıb.
Qeydlərə görə, investor 1975-ci ildə hər sikkə üçün təxminən 70-80 funt sterlinq ödəyib.
Təxminən yarım əsr sonra sikkələr hərraca çıxarılıb. 41 Krugerrand sikkəsi təxminən 100.000 funt sterlinqə, 21 Britaniya suveren sikkəsi isə təxminən 13.000 funt sterlinqə satılıb. Beləliklə, satışdan əldə edilən ümumi gəlir 113.000 funt sterlinqi (təxminən 259 min) keçib.
Hekayə, illərlə adi bir biskvit qutusunda saxlanılan qızılın onilliklər ərzində necə yüksək dəyərli bir investisiyaya çevrildiyini ortaya qoyub.
Digər Xəbərlər
16 Sentyabr 2026 10:29
Nədən bizim televiziyalarda ingilis və rus dillərində...
16 Sentyabr 2026 08:58
Nostradamusun 500 illik sirri yenidən gündəm oldu
15 Sentyabr 2026 18:06
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc - FOTOLAR
14 Sentyabr 2026 17:20
“Amerikalılar ingilis dilini heç kimə sırımırlar”
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
12 Sentyabr 2026 09:28
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
09 Sentyabr 2026 07:35


Bakı -°C

