DİN-dən tir tüfəngindən istifadə ilə bağlı XƏBƏRDARLIQ

“Yaşayış sahəsində tir tüfəngindən istifadə etmək ağır fəsadlar yarada bilər. Paytaxtın Xətai rayonunda bir nəfər tir tüfəngindən atdığı qırma digər qonşunun pəncərəsini zədələyib. Orda insan olsaydı, onun gözünə dəysəydi, necə olacaqdı?”
Adalet.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
“Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidir ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi qadağandır. Həmin şəxslər onu da bilsinlər ki, bu neqativ hal xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər”, - DİN rəsmisi əlavə edib.
Digər Xəbərlər

Şuşada külli miqdarda silah-sursat aşkarlandı - BİRGƏ MƏLUMAT - VİDEO

Kişinin "tok" vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

Sabah Bakıda yağış yağacaq

Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB - VİDEO

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü TAPILDI

Xankəndində erməni əsilli sakin terrora cəhd edib: POLİSƏ QUMBARA ATDI
