DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirdi
Sosial şəbəkələrdə polis əməkdaşlarının guya qazi kimi təqdim olunan şəxsə fiziki güc tətbiq etməsi ilə bağlı yayılmış görüntülərlə bağlı araşdırma aparılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Müəyyən edilmişdir ki, hadisə 3 noyabr 2025-ci il tarixdə baş verib. Görüntüdəki şəxs əvvəllər Rusiya Federasiyasında bir neçə dəfə narkotik maddələrin satışı ilə bağlı həbs olunmuş 1982-ci il təvəllüdlü Həsənov Fikrət Arif oğludur.
O, uzun müddət Rusiyada yaşayıb, ümumiyyətlə hərbi xidmət keçməyib, onun qazi, müharibə iştirakçısı kimi təqdim olunması iddiaları tamamilə əsassızdır.
Fikrət Həsənov sonuncu dəfə 2024-cü ildə Bakı şəhərində külli miqdarda narkotik vasitə satışı ilə əlaqədar saxlanılaraq barəsində cinayət işi başlanılmış, özü də narkotik asılılığından əziyyət çəkdiyindən məhkəmənin qərarı ilə məcburi müalicə mərkəzinə yerləşdirilmişdir.
3 noyabr 2025-ci il tarixdə Fikrət Həsənov kəsici alət əldə edərək xəstəxananın tibbi personalının həyat və sağlamlığı üçün təhlükəli davranış nümayiş etdirdiyindən məsul həkimin çağırışı əsasında orada xidmət aparan polis əməkdaşları tərəfindən müdaxilə edilərək hərəkətlərinin qarşısı alınmışdır.
İnsidentin qarşısı alınarkən lazımsız güc tətbiq etmiş polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparılmış, onlar daxili işlər orqanlarından xaric olunaraq barələrində müvafiq tədbirlər görülmüşdür”, - deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər
28 Fevral 2026 00:10
Leyla Əliyeva Qubada iftar məclisindən görüntülər paylaşıb - VİDEO
27 Fevral 2026 19:37
Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı...
27 Fevral 2026 19:15
Füzulinin iki kəndində yeni evlər tikilir
27 Fevral 2026 17:54
Efiopiyanın Baş naziri Səngəçal neft terminalında
27 Fevral 2026 17:42
ANAMA-ya yeni vəzifə həvalə edildi
27 Fevral 2026 17:11
FHN-nin vəzifələri sırasına minatəmizləmə fəaliyyətində iştirak daxil edilib
27 Fevral 2026 15:49
"Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır" - Komitə sədri
27 Fevral 2026 14:19


Bakı -°C

