DİN və AQTA birgə tədbir keçirdi - 1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən (AQTA) istehlakçı hüquqlarının qorunması, təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədi ilə birgə tədbirlər davam etdirilir.
Adalet.az xəbər verir ki, növbəti əməliyyat zamanı Yasamal rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb. Nəticədə qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər-Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar. Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin labaratoriyasına göndərilib.
Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
02 Mart 2026 11:00
Qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlandı
28 Fevral 2026 15:21
Qaradağda 66 kiloqramdan çox narkotik dövriyyədən ÇIXARILDI
28 Fevral 2026 11:23
Biləsuvarda 2 nəfər narkotiklə tutuldu
28 Fevral 2026 10:46
“WhatsApp”la kart məlumatları tələb edənlərə inanmayın - VİDEO
28 Fevral 2026 10:10
Axtarışda olan 145 nəfər saxlanıldı
27 Fevral 2026 17:34
“TikTok”da tələbələrin fotolarını yayan şəxs barəsində cinayət işi başlanıldı - VİDEO
27 Fevral 2026 12:23
Azərbaycan-İran sərhədində silahlı insident - FOTOLAR
26 Fevral 2026 21:40


Bakı -°C

