DİN yanında İctimai Şuranın yeni tərkibi... - ADLAR
Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib.
Adalet.az xəbər verir ki, səsvermədə 227 təşkilatın nümayəndəsi iştirak edib. Verilmiş bülletenlərdən 5-i etibarsız, 222-si etibarlı hesab olunub.
Səsvermənin nəticələrinə əsasən, seçkilərdə iştirak etmiş seçicilərin yarıdan çoxunun səsini toplamış aşağıdakı namizədlər DİN yanında İctimai Şuranın üzvləri seçiliblər:
1. Əliməmməd Mali oğlu Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
2. Vaqif Gülağa oğlu Abışov – DİN Polis Akademiyasının müəllimi, istefada olan polis polkovniki
3. Fərhad Rəsul oğlu Süleymanov – DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki
4. Zaur Vaqif oğlu Məmmədov – “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin nümayəndəsi
5. İxtiyar Kərim oğlu Hüseynli – əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
6. Mehriban Heydərəli qızı Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri
7. İbrahim Xudaverdi oğlu Zeynalov – Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı.
Digər Xəbərlər
23 Fevral 2026 17:38
Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
23 Fevral 2026 17:13
Vasif Talıbovun 10 fərmanı ləğv edildi
23 Fevral 2026 15:37
Azərbaycanda suyun qiyməti artır? - Rəsmi cavab
23 Fevral 2026 15:34
Ombudsmandan Xocalı soyqrımının ildönümü ilə bağlı BƏYANAT
23 Fevral 2026 14:30
WUF13-lə əlaqədar 1 il müddətində vergi güzəştləri tətbiq olunacaq
23 Fevral 2026 14:19
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu
23 Fevral 2026 13:53
Azad edilmiş ərazilərdə daha 203 mina aşkarlanıb
23 Fevral 2026 12:52


Bakı -°C

