Dinamik inkişaf modeli
2025-ci ilin avqust ayında əldə olunan sülh razılaşmaları və "Vaşinqton prosesi" Cənubi Qafqazda onilliklər boyu davam edən siyasi gərginliyi geridə qoyaraq, regionun sosial, mədəni və humanitar mənzərəsini kökündən dəyişdirmək üçün tarixi zəmin yaradıb.
Uzun illər davam edən münaqişə şəraiti mədəni inkişafı müəyyən çərçivələrə salaraq onu ideoloji qarşıdurma müstəvisinə çəksə də, yeni sülh dövrü mədəniyyətin öz əsl mahiyyətinə — azad, yaradıcı və birləşdirici qüvvəyə qayıtmasını təmin edir. Sülhün bərqərar olması ilk növbədə illər boyu dağıntılara və diqqətsizliyə məruz qalmış tarixi-mədəni irsin bərpası və beynəlxalq standartlara uyğun qorunması üçün təhlükəsiz mühit formalaşdırır.
Eyni zamanda, cənab İlham Əliyevin təşəbbüsləri üzərində qurulmuş yeni reallıqda regionda hərbi risklərin aradan qalxması və kommunikasiyaların açılması mədəni turizmin, yaradıcı sənayelərin inkişafına, beynəlxalq festivalların və müştərək incəsənət layihələrinin keçirilməsinə geniş imkanlar yaradır. Humanitar müstəvidə isə bu proses qarşılıqlı etimadın bərpası, akademik mübadilələr və xalq diplomatiyası vasitəsilə region xalqları arasında sağlam dialoqun qurulmasına xidmət edir. Bu mənada, 1 illiyini qeyd etdiyimiz Vaşinqton prosesinin gətirdiyi sabitlik mədəniyyətin sadəcə keçmişin mirası kimi qorunmasını deyil, həm də gələcəyə yönəlmiş azad və dinamik bir inkişaf modelinə çevrilməsini şərtləndirir.
İbrahim Zahidli,
siyasi şərhçi
Geneva EU Business Scool” məzunu
Digər Xəbərlər
08 Avqust 2026 21:35
Vaşinqtondan başlayan yeni mərhələ
08 Avqust 2026 10:59
“Toy xərclərini, qızılı, cehizi zəruri sayanlar evlənməsə yaxşıdır” - Deputat
05 Avqust 2026 08:59
Geostrateji proseslərin funksional dayanıqlılığı birbaşa dövlətin çevik mədəniyyət diplomatiyasına söykənir
04 Avqust 2026 08:29
Genişlənən strateji əməkdaşlıq
03 Avqust 2026 12:35
Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə
03 Avqust 2026 10:00
Azərbaycan və Özbəkistanın sahibkar qadınları arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoydu
03 Avqust 2026 08:33
Türk dünyasının inteqrasiyasında mühüm addım
03 Avqust 2026 08:31


Bakı -°C

