Distant iş zamanı əməyin mühafizəsi necə olacaq? - AÇIQLAMA
"Məsafədən iş hər kəs üçün maraqlıdır. Çünki əmək fəaliyyətimizdə buna zərurət vardır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
"Dəyişiklik ondan ibarətdir ki, 4-cü maddədə qeyd olunub ki, distant işləyən işçilərin də Əmək Məcəlləsinin təminatları ilə tam əhatə olunması təsbit edilir. 55-ci maddədə isə distant işə dair əlavə əmək şəraiti tərəflərin razılığı ilə əmək müqaviləsində müəyyən olunur", - deyə R.Mustafayev bildirib.
Nazir müavinin sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, distant iş rejimində işçinin həyat və sağlamlığının qorunmasına görə əsas məsuliyyət işəgötürənin üzərində qalır:
"Yəni, işəgötürən distant iş zamanı yalnız təqdim etdiyi avadanlıq, proqram təminatı, məlumatların mühafizəsi və onların təhlükəsiz istismar qaydalarının işçiyə yazılı şəkildə çatdırılması çərçivəsində məsuliyyət daşıyır. Bunların hamısını Əmək Məcəlləsinə sala bilmərik. Bu, sonrakı normalarda və iki tərəf arasında olan əmək müqaviləsinə əlavələrdə öz həllini tapacaq".
Digər Xəbərlər
16 Yanvar 2026 11:17
Eksternat imtahanı keçiriləcək
16 Yanvar 2026 10:14
Polis Akademiyası işə qəbul elan edir
12 Yanvar 2026 17:41
Növbəti tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı
10 Yanvar 2026 13:35
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq
09 Yanvar 2026 12:37
Azərbaycanda kağız formada diplomlar verilməyəcək - YENİLİK
08 Yanvar 2026 20:51
Bu təhsil idarəsinə yeni sektor müdiri təyin edildi
08 Yanvar 2026 15:24
İlham Əliyevin elm, təhsil və gənclərlə bağlı strateji baxışı, dayanıqlı inkişafın əsas sütunlar
07 Yanvar 2026 16:44


Bakı -°C

