Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, sentyabrın 30-u axşamdan oktyabrın 02-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-Aran, Qarabağ və Şərqi-Zəngəzur) yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Şərq küləyi bəzi rayonlarda arabir 15-20 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay; Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Digər Xəbərlər

Şuşada dördüncü yaşayış kompleksinin təməli qoyulub

Prezident və birinci xanım Daşaltı kənd məscidinin açılışında iştirak ediblər

Prezidentlə xanımı faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar - YENİLƏNİB + FOTOLAR

DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR+VİDEO

Hərbçilərimiz Moskvada Qələbə paradında keçid etdilər - VİDEO

"BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO
