“Donanmamız məhv edilibsə, Hörmüz necə bağlıdır?” - Trampa cavab
“Donanmamız məhv edilibsə, Hörmüz boğazı necə bağlıdır?”
Adalet.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Donanmasının komandan müavini Məhəmməd Əkbərzadə ABŞ Prezidenti Donald Trampın İranın donanma və hava qüvvələrinin məhv edildiyi barədə açıqlamalarına cavab olaraq deyib.
Əkbərzadə bildirib ki, ABŞ-nin İranın hərbi qüvvələrinin sıradan çıxarıldığı barədə açıqlamaları reallığı əks etdirmir:
“Əgər ABŞ İran donanmasının məhv edildiyini iddia edirsə, onda necə olur ki, Hörmüz boğazı hələ də bağlıdır və bir dənə də tanker keçə bilmir? Əgər hava qüvvələrimiz məhv edilibsə, onda necə olur ki, raketlərimiz və dronlarımız hədəflərinə çatır?”
O əlavə edib ki, dünya SEPAH-ın strateji raket və pilotsuz uçuş aparatlarının qurudan, dənizdən və havadan istifadə olunmasının, eləcə də, Hörmüz boğazına nəzarətin şahidi olub.
Əkbərzadənin sözlərinə görə, ABŞ və müttəfiqləri regionda qarşıya qoyduqları məqsədlərə çata bilməyiblər. O deyib ki, yüksəkrütbəli iranlı hərbi rəsmilərə qarşı sui-qəsdlərə baxmayaraq, ölkənin hərbi sistemi fəaliyyətini davam etdirir.
İran rəsmisi, eyni zamanda, enerji bazarlarına da toxunaraq qeyd edib ki, hazırda qlobal bazarda neftin qiyməti bir barel üçün 95-100 dollar civarındadır və bu vəziyyət davam edərsə, ABŞ iqtisadiyyatı üçün ciddi problemlər yarana bilər.
Digər Xəbərlər
14 Aprel 2026 11:55
Məktəbə silahlı hücum: yaralılar var - Türkiyədə
14 Aprel 2026 11:26
ABŞ və İran rəsmiləri yenidən görüşəcək
14 Aprel 2026 10:46
Belə olan halda ABŞ vətəndaşlarının qəzəbi Trampa yönəlib – Politoloq
14 Aprel 2026 10:31
Baş nazirin arvadı korrupsiyada ittiham olunur
14 Aprel 2026 09:35
Bu ölkə vətəndaşlarının muzeyə girişi qadağan edildi - Almaniyada
14 Aprel 2026 09:21
İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik - Vens
13 Aprel 2026 20:00
Aya uçanlar market menecerindən də az maaş alır
13 Aprel 2026 19:46


Bakı -°C

