“Dondurma kralı” 8,5 milyonluq biznesini satıb - Rahib olmaq istəyir
Tailandlı multimilyonçu, ölkədə “dondurma kralı” kimi tanınan Siriponq Akkarasriyuk öz biznesini satmaq və rahib olmaq qərarına gəlib.
Adalet.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.
Akkarasriyuk biznesini 165 milyon bat (təxminən 8,5 milyon AZN) məbləğinə satmaq niyyətindədir. Sövdələşməyə onun yaradıcısı olduğu “Hawell's” dondurma brendinə məxsus torpaq sahəsi, ofis və zavod, eləcə də brendin özü, dondurma reseptləri daxil olacaq. O hətta biznesi üçün alıcı tapacaq şəxsə 5 milyon bat (təxminən 258000 AZN) da vəd edib.
Verdiyi müsahibədə Akkarasriyuk hələ 15 il əvvəl özünü tamamilə buddizmə həsr etmək qərarına gəldiyini söyləyib. Biznesi yeni sahibinə təhvil verdikdən sonra o, iki il ərzində ailəsi ilə vaxt keçirməyi, torpaq sahəsi alaraq oranı meditasiya üçün qurmağı planlaşdırır. Həmin müddətdən sonra isə milyonçu buddizmdə yüksək hesab olunan arxat statusuna nail olmaq üçün zahid həyatı yaşamaq niyyətindədir.
Digər Xəbərlər
04 Sentyabr 2026 14:31
"Zelenski ilə bir il yarım bunkerdə yaşamışam" - Ukrayna XİN rəhbəri
04 Sentyabr 2026 14:16
Türkiyənin Qara dəniz zirvələri KAÇKAR BY UTMB 2026-ya ev sahibliyi edəcək
04 Sentyabr 2026 13:23
ABŞ növbəti antirusiya sanksiyslarını təxirə salır..?
04 Sentyabr 2026 13:20
Rusiya-Ukrayna cəbhəsində qarşılıqlı zərbələr...
04 Sentyabr 2026 11:39
Qloriya Staynem 92 yaşında vəfat etdi
04 Sentyabr 2026 10:21
Rusiya Almaniyanı zərbə endirməklə hədələdi
04 Sentyabr 2026 09:42
ABŞ-nin toya hücumuna görə beynəlxalq məhkəməyə müraciət edildi
04 Sentyabr 2026 09:25


Bakı -°C

