adalet.az header logo
  • Bakı -°C
04 Sentyabr 2026 16:07
62
SİYASƏT
A- A+

Tramp Ermənistan-Azərbaycanla bağlı həmin məqaləni paylaşıb

ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffun Ermənistan-Azərbaycan münaqişəsinin həllinə həsr olunmuş məqaləsini özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Adalet.az xəbər verir ki, sözügedən məqalə “Washington Examiner” nəşrində dərc olunub.

Məqalədə bir neçə diplomat nəslinin Azərbaycan və Ermənistan arasında illərlə davam edən münaqişəni həllolunmaz hesab etdikləri, lakin bu yanaşmanın ABŞ Prezidenti Donald Trampın yenidən hakimiyyətə qayıtması ilə başa çatdığı qeyd edilib. 

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorikanı deyil, nəticəni seçdiklərini vurğulayıb.