Putin Ukraynanı digər ölkələrə qarşı hücum üçün əsas açar hesab edir – Politoloq
“Rusiya-Ukrayna müharibəsi fonunda danışıqlar prosesi yenidən gündəmə gəlsə də, tərəflər arasında razılaşma əldə olunması hələ də real görünmür. Vladimir Putin son açıqlamalarında Rusiyanın döyüş meydanında üstünlük əldə etdiyini bildirərək Ukrayna rəhbərliyi ilə bağlı sərt mövqe ortaya qoyub. Bununla yanaşı, ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Ukraynaya səfəri və tərəflər arasında vasitəçilik səylərinin yenidən intensivləşdirilməsi gözlənilir. Ukrayna tərəfi də sentyabr ayında danışıqlar prosesində müəyyən irəliləyişlərin mümkün olduğunu bildirir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, hazırkı mərhələdə Rusiya və Ukrayna arasında fundamental fikir ayrılıqları səbəbindən hər hansı yekun razılaşmanın əldə olunması olduqca çətindir:
“Moskvanın əsas tələbləri ilə Kiyevin ərazi bütövlüyü və təhlükəsizlik məsələsində mövqeləri arasında ciddi ziddiyyətlər qalır. Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkə arasında ərazi münaqişəsi deyil, eyni zamanda daha geniş geosiyasi qarşıdurmadır. Moskvanın strateji məqsədlərindən biri Ukraynanı yenidən öz təsir dairəsinə qaytarmaq və Rusiyanın böyük güc statusunu möhkəmləndirməkdir. Kremlin Ukraynanı Rusiya təsir dairəsində saxlamaq və NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq istəyinin müharibənin əsas strateji məqsədlərindən biridir”.
M.Əsədullazadənin sözlərinə görə, bu baxımdan, əgər Rusiya Ukraynada öz məqsədlərinə böyük ölçüdə nail olarsa, bunun Cənubi Qafqaz və Mərkəzi Asiya üçün də ciddi geosiyasi nəticələri ola bilər:
“Xüsusilə Azərbaycan və Ermənistan üzərində Moskvanın siyasi və diplomatik təzyiq imkanlarının artması mümkün ola bilər. Eyni zamanda, Mərkəzi Asiya ölkələri də Rusiyanın ənənəvi təsir dairəsini qorumaq cəhdləri ilə üzləşə bilər. Bununla belə, bu, avtomatik olaraq həmin ölkələrə qarşı hərbi müdaxilə demək deyil; daha çox siyasi, iqtisadi, təhlükəsizlik və diplomatik təsir uğrunda mübarizənin güclənmə ehtimalıdır.Qeyd edim ki, Vladimir Putinin siyasətini yalnız Ukrayna ilə məhdudlaşmır. Moskvanın daha geniş məqsədi postsovet məkanında Rusiyanın strateji təsir imkanlarını qorumaq və böyük güc kimi mövqeyini möhkəmləndirməkdir. Ukrayna müharibəsi isə bu geosiyasi mübarizənin əsas cəbhəsinə çevrilib”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Sentyabr 2026 12:22
“Türkiyə və Azərbaycanın gələcəkdə tamhüquqlu üzvlər olmasıyla...”
04 Sentyabr 2026 09:12
Prezident Melonini TƏBRİK ETDİ
04 Sentyabr 2026 09:10
Bişkek sammiti: Bakının növbəti uğuru
03 Sentyabr 2026 15:21
Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü
03 Sentyabr 2026 13:52
“Bakı üçün ən optimal strategiya bütün təxribatlara baxmayaraq müharibəyə...”
03 Sentyabr 2026 13:29
Azərbaycan Türkiyə və İsrail arasında... - AÇIQLAMA
03 Sentyabr 2026 12:11
"Mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstək məhduddur" - Prezidentin nümayəndəsi
03 Sentyabr 2026 11:37


Bakı -°C

