İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib.
Adalet.az xəbər verir ki, qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini deyərək, bu xüsusda dövlət başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik edib.
Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı 30 ilə yaxın müddətdə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesində hər hansı bir nəticənin əldə edilmədiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilmədiyini təəssüflə vurğulayıb.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan özü münaqişəyə hərbi-siyasi vasitələrlə son qoyub, ərazi bütövlüyünü və suverenliyini təmin edib.
Söhbət zamanı Avropanın bəzi parlament təsisatlarından fərqli olaraq, Azərbaycanın ATƏT Parlament Assambleyası ilə təmaslarından və siyasi dialoqdan məmnunluq ifadə edilib.
ATƏT Parlament Assambleyasının gündəliyində də bütün ATƏT məkanına balanslı münasibətin nümayiş etdirilməsinin önəmi vurğulanıb.
Görüşdə mədəniyyətlərarası dialoqa toxunulub, Azərbaycanın bu prosesdə rolu və töhfələri məmnunluqla qeyd edilib.
ATƏT Parlament Assambleyasının prezidenti Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyətinə toxunaraq, minalar probleminin ATƏT Parlament Assambleyasının gündəliyində də müzakirə olunduğunu bildirib.
Digər Xəbərlər
07 Sentyabr 2026 14:00
Əziz Səncər“Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
07 Sentyabr 2026 13:16
Putin İlham Əliyevə zəng etdi
07 Sentyabr 2026 11:48
"Özəl iqlim maliyyəsinin 66 faizi ortagəlirli ölkələrə yönəlib" - Muxtar Babayev
07 Sentyabr 2026 10:58
Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılıb
07 Sentyabr 2026 10:41
“Tramp Ukrayna-Rusiya savaşında ilkin razılığa nail olmağa çalışır...”
07 Sentyabr 2026 10:13
“Çin İranın ABŞ-yə məğlub olmasını və İranda rejim dəyişkliyini istəmir...”
07 Sentyabr 2026 10:10
“Ukrayna ordusunu geri çəkərsə, atəşkəs olacaq...” - Politoloq
06 Sentyabr 2026 12:00


Bakı -°C

