Sabah yağış yağacaq
Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
Digər Xəbərlər
03 Sentyabr 2026 14:49
Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI
03 Sentyabr 2026 14:24
Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
03 Sentyabr 2026 12:40
Hava dəyişir: Bu ərazilərdə yağış və duman olacaq - Proqnoz
03 Sentyabr 2026 11:56
Avqust ayında müşahidə olunan hava açıqlandı
03 Sentyabr 2026 10:07
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək
02 Sentyabr 2026 17:19
Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur
02 Sentyabr 2026 10:34
Pensiyalarla bağlı yeni xəbər - 152 min nəfər...
02 Sentyabr 2026 10:09


Bakı -°C

