03 Sentyabr 2015 11:55
4809
MƏMLƏKƏT

Dönəri "döndərənlər" – Reportaj - Fotolar

Dönər bazarına yüksək tələbatın olması bazarda bəzi"işbazlar”ın dəyirmanına su töküb. Beləki, az vəsait sərf etməklə yüksək gəlir götürməyi planlayanlar bu sahədə özlərinəyer tapmağa çalışırlar və tapırlar. Ancaq məsələ bu qədər bəsit deyil. Bazardaaparılan araşdırmalar onu deməyə əsas verir ki, bu gün bazarda 1-2 manatarasında qiyməti dəyişən dönərlər əslində "ölüm maşını”dır. Ən yüksək gəlir əldəetməyi qarşıya məqsəd qoyan sahibkarlar keyfiyyətə fikir vermir. Dönər əti, onavurulan qatqılar demək olar ki, gigiyenik qaydalardan kənarda qalır.

Bir sıra ekspertlər də iddia edir ki, dönərlərinkeyfiyyəti heç də ürəkaçan səviyyədə deyil. İddia olunur ki, hazırlanan dönərlərinətləri daxili bazarda çox ucuz qiymətə alınır ki, bu ətlərin istifadə müddətiçoxdan bitib. Baxmayaraq ki, hökumət qurumları bu sahədə davamlı addımlaratırlar, ancaq məsələnin ciddiyəti bu gün də qalmaqdadır.

Adalet.az dönər bazarında baş verənləri, xüsusənquş ətindən hazırlanan dönərlərin keyfiyyətini araşdırıb.


Bakının Yasamal, Nərimanov və Nizami rayonlarında yerləşən iri və kiçik dönərxanaları arasındaapardığımız araşdırmalar zamanı məlum oldu ki, dönərxanalarda gigiyenik normalarıözündə əks etdirən sənəd yoxdur. 

Yasamalda yerləşən dönərxanaların heç biri məhsulun gigiyenaqaydalarına uyğunluğu barədə hər hansı bir sertifikat təqdim etmədi. İçərisininnatəmiz olduğunu görüb obyektlərdən birinə yaxınlaşdım, elə ilk baxışda gözüməsataşan divardakı sənədlər oldu. İçəri daxil olub satıcıdan onlara baxmağımı istədim,lakin ümidlərim puça çıxdı:

-Dönər toyuq ətindəndir?

-Bəli, toyuq ətindəndir.

-Bilmirsiniz ki, toyuq ətindən dönər hazırlanmasınaSəhiyyə Nazirliyi qadağa qoyub?

-Vallah, mən bilmərəm, müdirlə danışsanız yaxşı olar.

Müdirlə görüşmək istəsəm də satıcı onun bir saatdan sonra gələcəyinibildirdi. Söylənilən müddətdən sonra həmin obyektə yaxınlaşanda, rəhbərin gəlmədiyibəlli oldu.

-Sənədlərə baxa bilərəm?

-Müdir olmasa icazə verilmir. Bizdə hər şeyqaydasındadır, gigiyenik sertifikatımız da var.

-Elə isə verim baxım, hər halda vətəndaş kimi onlarınəzərdən keçirməliyəm.

-Verə bilmərəm.

Beləcə aldığım cavabdan aydınoldu ki, divardan asılan sənədlərin nə qədər real olduğu etibarımızdan kənardadır.

Bəziləri müdirlərini, bəziləri nəzarətçiləri çağırdılar. Rəhbərlikisə dildə pəhləvan çıxdı, amma heç bir fakt ortaya qoya bimədi.

Aralarında Səhiyyə Nazirliyinin qərarlarına riayət edən iri iaşəobyektləri də tapıldı. Bunlar müştərilərə ancaq mal ətindən dönər təqdimedirdilər. Belə ki, növbəti ünvanımızElmlər Akademiyası metrosu yaxınlığında yerləşən "Büyük fırat” restoranı idi. Obyektin səliqəsi göz oxşayırdı. Burada birbaşa administrator məni qarşıladı.Əvvəlcə mənə müştəri gözüylə baxan bu şəxsə məqsədim bəlli olduqdan sonra artıqmövzu dəyişmişdi.

-Toyuq ətindən dönəriniz var?

-Xeyr, bizdə mal ətindədir.

-Hər hansı sertifikatınız varmı?

-Təbii ki.

-Göstərə bilərsiniz?

Sonuncu sualımın cavabı da maraqlıoldu:

-Əvvəlcə siz sənədinizi göstərin sonra, əgərnazirlikdən gəlmisinizsə buyurub baxa bilərsiniz.

-Vətəndaş olaraq məhsulunuzu keyfiyyəti iləmaraqlanmaq haqqımdır.

-Mən 10 ilə yaxındır burada işləyirəm, bu günə kimişikayət olmayıb. Hər şey qaydasındadır.


Bundan sonra nəsə tələb etmək mümkünsüz idi. Müsahibim lazımı sənədləritəqdim etməməkdə israrlı olduğunu göstərdi. Ancaq obyektin təmizliyi haqqındamüsbət fikirlər söyləmək olardı. Hərçənd rəsmi faktlarla buna şahid olmadım.

Beləcə baş çəkdiyim ünvanlardaneyni reaksiyalarla əliboş qayıtdım. Amma birmaraqlı tərəf də aydın oldu ki, dönərxanavə restoran sahibləri ən çox tələbatın məhz toyuq dönərinə olduğunu bildirdilər.


Vətəndaşların rəsmi qadağadan xəbərivarmı?


Suala cavab tapmaq üçün ilk öncə paytaxt sakinlərindən hansı dönərəüstünlük verdiklərini öyrənməyə çalışdıq. Sorğunun nəticəsində aydın oldu ki, vətəndaşlarınəksəriyyəti dönərxana sahiblərinin də dediyi kimi toyuq dönərini üstüntuturlar. Halbuki, Səhiyyə Nazirliyinin "Quş qripi” təhlükəsi olduğu üçün 2006-cıildə quş əti məhsullarından dönərhazırlanmasına qadağa qoymuşdu. 

Qeyd edək ki, bu qadağa hələ ki, qüvvədədir.Sakinlərin isə çox hissəsi bundan xəbərsiz idilər.


Bu gün bir obyekti bağlayırsan,sabah başqa bir yerdə açırlar


"Ədalət" qəzeti olaraq məsələ ilə bağlı Respublika Gigiyena vəEpidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmranAbdullayevin fikirlərini öyrəndik. İmran müəllimin söylədiyinə görə, toyuq dönərininsatışı ilə məşğul olan obyektlərə dəfələrlə xəbərdarlıq olunub: "Cəza tədbirlərigörməyimizə baxmayaraq, bu obyektlər öz niyyətlərindən əl çəkmirlər. İnzibati xətalarməcəlləsinə müvafiq davranmadıqları üçün bəzilərinin fəaliyyətini dayandırmışıq.Lakin problem ondadır ki, bu gün bir obyekti bağlayırsan, sabah başqa biryerdə açırlar.”


Hazırlanan toyuq dönərləri haradan gətirilir? 


Sualımıza cavab olaraqİmran müəllim bildirdi ki, ölkədə bu tip dönərlərin istehsal olunmasına qadağaqoyulub. Sadəcə, gördüyünüz toyuq dönərləri satankiçik obyektlər toyuq dönəri məhsulunu gizli fəaliyyət göstərən sexlərdənalırlar.

Belə aydın oldu ki, gizli müəssisələr, istehsal etdikləri məhsulungigiyenik tərəfini də özləri kimi gizli saxlayır. Bu isə gündəlik yediyimiztoyuq dönərinin təmizliyinə şübhə yaratmaya bilməz.


Mərkəzdən çağırış: Toyuq dönərinibaykot edək!


Qeyd edək ki, hələ bir müddət əvvəlRespublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsininmüdiri İmran Abdullayev çağırış edib. Müxtəlif sanksiya və cərimələrləöhdələrindən gəlməyin çətin olduğunu diqqətə çatdıran bölmə müdiri onu dabildirib ki, toyuq ətindən dönər hazırlayan obyektlər nə qədər cərimələnsə,hətta bəziləriniın fəaliyyətinə birdəfəlik xitam verilsə də hələ ki istənilən nəticəəldə olunmayıb.

Düşünmək olar ki, məsələnin başlıca səbəbkarı birbaşa vətəndaş cəmiyyətidir.Bazar iqtisadiyyatında müştəri tələbatı ilə inkişaf edən sahibkarların mənfiyönə istiqamətlənən fəaliyyətlərinin öhdəsindən də elə vətəndaş cəmiyyəti gələbilər. Halbuki, toyuq dönərinə tələbatın artıq olması hökumətin bu istəyinireallaşdırmağına birbaşa mane olur. Bu səbəbdən də Respublika Gigiyena vəEpidemiologiya Mərkəzi toyuq dönərini baykot etmək məqsədilə sakinlərdən yardımistəyib. Yəqin ki, bu tip informasiyaların KİV-lərdə mütəmadi olaraq nümayişolunması ilə baykot prosesi uğurla başa çatacaqdır. Buna ümid edirik.


Rüfət Soltan