Dönərin hazırlanmasında hansı ətlərdən istifadə olunacaq?
Qırmızı ət dönəri qoyun və ya quzu ətindən, mal (o cümlədən, dana) ətindən, qoyun və ya quzu, mal (o cümlədən, dana) ətlərinin qarışığından emal edilir. Quş ətindən hazırlanmış (toyuq, hind toyuğu) dönəri toyuq ətindən, hind toyuğu ətindən, toyuq - hind toyuğu ətlərinin qarışığından emal edilir.
Adalet.az-ın xəbərinə görə, bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən, çiy dönərin tərkibində qoyun, quzu, mal (o cümlədən, dana) ətlərinin toyuq və hind toyuğu ətləri ilə qarışdırılmış şəkildə olmasına yol verilmir. Bu Qaydalarda nəzərdə tutulmuş heyvanlardan başqa, digər heyvanların ətinin çiy dönər hazırlanması və çiy dönərin tərkibinə qarışdırılmaqla istifadəsinə yol verilmir. Çiy dönərin tərkibində quyruq və piy istisna olmaqla, digər sub məhsullar olmamalıdır.
Çiy dönər emalında bitki mənşəli zülalların, nişasta və nişasta tərkibli məhsulların, soya və soya məhsullarının istifadəsinə yol verilmir. İstifadə edilən ədviyyatların hesabına dönərin tərkibindəki nişasta və bitki zülalının miqdarı ümumilikdə 1%-dən çox olmamalıdır.
Digər Xəbərlər
10 Noyabr 2025 17:00
Sumqayıt sakinlərinə şad xəbər - Bakıya gələn yeni marşrut xətti açılır
10 Noyabr 2025 16:00
" Azəristiliktəchizat" niyə köhnə rejimlə işləyir?
10 Noyabr 2025 12:17
“Narkotiklərə meyil edən qadınların əksəriyyəti zorakılığa məruz qalmış şəxslərdir...”
10 Noyabr 2025 10:18


Bakı -°C

