Dövlət başçısı: D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm
D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir.
Adalet.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Müsəlman dünyasının ən böyük ölkələrini birləşdirən D-8 təşkilatın yeganə yeni üzvünün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq".
Digər Xəbərlər
07 Yanvar 2026 12:23
Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul etdi
07 Yanvar 2026 12:20
Gələn həftə deputatların tətili başa çatır
07 Yanvar 2026 11:46
“Azərbaycan hüquqşünasları bu məsələyə aid mövqelərini ortaya qoymalıdır...”
07 Yanvar 2026 09:44
YAPONİYA TÜRK DÖVLƏTLƏTİ TƏŞKİLATINA ÜZV OLMAQ İSTƏYİR
07 Yanvar 2026 09:44
“Azərbaycan bütün məsələləri milli maraqlara uyğun həll edir”
06 Yanvar 2026 21:02
Mehriban Əliyevadan Milad TƏBRİKİ - FOTO
06 Yanvar 2026 16:11
Azərbaycan strateji iqtisadi inkişafı ilə regionda liderdir
06 Yanvar 2026 14:05


Bakı -°C

