Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb - DİM
Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə qəbul imtahanları keçirir.
DİM-dən Adalet.az-a verilən məlumata görə, dövlət qulluğuna qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 796 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 18 nəfər, BB2 altqrupu üzrə 48 nəfər, BB3 altqrupu üzrə 83 nəfər, BB4 altqrupu üzrə 116 nəfər olmaqla, ümumilikdə 265 namizəd uğur qazanıb.
Bu gün, həmçinin inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilir. İmtahan saat 16:00-da başlanır. Bu imtahan da kompüterlər vasitəsilə elektron formada keçirilir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası fevralın 17-19-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
Digər Xəbərlər
07 Dekabr 2025 20:13
BDU-nun dosenti vəfat etdi
07 Dekabr 2025 18:25
Emin Əmrullayevə Gürcüstanda "Fəxri doktor" adı verildi - FOTOLAR
05 Dekabr 2025 11:42
"Onlar universitetə yüksək balla girməyib..."
05 Dekabr 2025 10:45
Azərbaycan Universiteti və Qazaxıstanın Şimkent Universiteti əməkdaşlığa başlayırlar
04 Dekabr 2025 12:00
“Orta məktəbləri ləğv etmək lazımdır, onsuz da təhsil yoxdur...”
03 Dekabr 2025 11:23
Azərbaycanın adını beynəlxalq enerji sektorunda zirvəyə daşıyan gənc mühəndis
02 Dekabr 2025 11:41
Buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur
01 Dekabr 2025 16:24


Bakı -°C

