Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanılıb
Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, noyabr ayının 9-da saat 17:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları – 1984-cü il təvəllüdlü Zehioua Mohamed El Amine, 1990-cı il təvəllüdlü Hamdani Hamza, 1993-cü il təvəllüdlü Boumaali Sid Ali, 1999-cu il təvəllüdlü Cherichi Hichem və 2003-cü il təvəllüdlü Nebab Aimen dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
20 Oktyabr 2026 11:31
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
19 Oktyabr 2026 17:38
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
19 Oktyabr 2026 17:30
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
19 Oktyabr 2026 12:48
Bakı-Sumqayıt yolunda təhlükəli manevrlər etdi - Həbs olundu
19 Oktyabr 2026 12:07
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
17 Oktyabr 2026 18:42
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17 Oktyabr 2026 18:06
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
17 Oktyabr 2026 11:41


Bakı -°C

