Dövlət Xidməti: Dövlət saytlarına kütləvi DDOS hücumları müşahidə olunur

Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur.
Adalet.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.
"Dövlət Xidməti kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işləri davam etdirir. Bununla bağlı bəzən real ip ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir.Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus İP ünvanlarda yarana biləcək qısa müddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur", - deyə məlumatda bildirilib.
Digər Xəbərlər

“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir

"Azercell" bizim pulumuzu niyə oğurlayır...?

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

Yeniyetmələrin “TikTok”a girişi məhdudlaşdırılır

ETX: “Azərpoçt”un adından dələduzluq halları var

Uçan maşınların kütləvi istehsalı başlayır – Tarix açıqlandı

“Bakcell” xanım jurnalistləri 8 Mart münasibətilə təbrik etdi - FOTOLAR
