adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Sentyabr 2022 15:44
1769
AVTOMABİL

Dövlətə məxsus 15 nəqliyyat vasitəsi satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 və 11 oktyabr tarixlərində özəlləşdirmə hərracları keçiriləcək. Oktyabrın 4-də keçiriləcək hərraca 16 kiçik dövlət müəssisəsi və obyekti, 41 nəqliyyat vasitəsi, 11 oktyabrda təşkil olunacaq hərraca isə altı səhmdar cəmiyyətini səhm paketi, 10 kiçik dövlət müəssisəsi və 15 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: ( https://bit.ly/3mmNVpB )