Dövlətin puluna şokolad aldığına görə iş açılan, oteldə xadimə işləyən KEÇMİŞ NAZİR...
Bir anlıq hər şeyin yolunda getdiyini düşünün, nə qiymət artımı var, nə dolanışıq dərdi, nə də xaos.
Həftə sonunu ailənizlə hansısa rayonda otellərin birində keçirirsiniz. Səhər çarpayınızda uzanmaqdan biraz da həzz almaq istəyirsiniz ki, qapının zəngi çalınır. Qapını açanda xadiməni görürsünüz.
- Bağışlayın, elə bildim səhər yeməyinə düşmüsüz, otaq boşdu.
İndi “Ac həriflər”dəki qəzet oxuyan kişi kimi “hə, nooosun?” deyəcəksiniz, amma tələsməyin. Qapının ağzındakı xadimə elə-belə xadimə deyil, o, keçmiş nazirdir.
Bəli, nazir!
Var, inanmırsınız?
İsveçin ən oturuşmuş siyasi partiyası olan Sosial Demokrat İşçi Partiyasının sədri və Maliyyə Naziri Mona Sahlin!
Qızının qurduğu bir şirkətdə işləyir və həftə sonları otel odalarını təmizləyir. Soruşanlara da işindən heç utanmadığını deyir.
Sahlin 25 ildən çox siyasi həyatı boyunca iki dəfə rüşvət və korrupsiya araşdırması ilə üz-üzə qalıb. Əvvəl sağçı bir qəzet onun dövlət işləri üçün verilən kredit kartından özünə şokolad aldığını iddia edib. İddiadan sonra Sahlin həm nazir vəzifəsindən istefa edib, həm də özü öz barəsində prokurorluqda cinayət işi açdırıb.
İsveç siyasi tarixinə şokoladın markası Toblerone olduğuna görə “Toblerone işi” kimi düşən bu müdhiş korrupsiya istintaqında safa çıxaraq işinin başına qayıtmışdı.
Sahlinə qarşı irəli sürülən ikinci rüşvət iddiası real demokratik ölkələrdə nəzarət mexanizmlərinin necə işlədiyinə bir nümunədir.
Deməli, Sahlin nazirlikdə olduğu müddətdə məşhur tennisçi Rocer Federerin dünya çempionatının final oyununa turnirin təşkilatçıları tərəfindən fəxri qonaq kimi dəvət olunur.
Korrupsiyaya qarşı mübarizə komissiyası Sahlinin bilet haqqını ödəməməsi və bununla da şəxsi mənfəət əldə etməsi səbəbi ilə barəsində araşdırmalara başlayıb. Turnirin təşkilatçılarının belə təşkilatlarda fəxri qonaq dəvətnamələrinin pula satılmadığını deməsi də Sahlinini xilas edə bilmir.
Çünki müstəntiqlər üzə çıxarıb ki, İsveç Baş Qərargah rəisi də fəxri qonaq olsa da, o, dəvətdən imtina edib və bileti öz pulu ilə alıb.
Çətin vəziyyətdə qalan Sahlin partiyasının lideri kimi daxil olduğu seçkilərdə 0,5 faiz səs itirəndən sonra dərhal istefa verir.
İndi təsəvvür edin ki, qapınızı döyən belə bir xadimədir.
Və indi bir daha düşünün, İsveç kimi ölkə niyə cənnət olmasın ki?
Eminquey
Digər Xəbərlər
14 Sentyabr 2026 19:38
Ukrayna və Rusiya razılaşdı, hücum olmayacaq - Tramp
14 Sentyabr 2026 18:50
Zelenski Baş prokuroru vəzifəsindən azad etdi
14 Sentyabr 2026 18:43
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan
14 Sentyabr 2026 18:30
Rusiya Ukraynanın itkilərini yenilədi
14 Sentyabr 2026 18:12
Müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?
14 Sentyabr 2026 17:29
Pezeşkian danışarkən çərəz yeyən xarici rəsmi gündəm oldu - VİDEO
14 Sentyabr 2026 13:12
Gürcüstanda DTX rəisi istefa verdi
14 Sentyabr 2026 12:54


Bakı -°C

