DOVŞAN SERBİYADA KRAL İDİ - İlhami Cəfərsoy yazır

Serbiyanın XlV əsrdə Stepan Dovşan adlı kralı var idi. Qədim rus və slavyan salnamələrində onun adı Dovşan, Douşan, Dauşan variantlarında yazıya alınmışdır. Ancaq xristian salnaməçilər kral Dovşanın adının necə yazılması üstündə bizim müsəlman dilçilər kimi bir-birlərini qırmırdılar. Kim hansı ləhcədə danışırdısa, kralın adını o cür yazırdı. Kral Dovşanın əcdadları olan Serb bəyləri Şimali Qafqazda yaşayanda Türk dillərinin arxaik bir ləhcəsində danışırdılar. Klavdi Ptolomey (ll əsr) yazır ki, serblər Qafqazda Keravn dağları ilə Qipp dağları arasında yaşayırlar. Serblər Avropaya köçəndən sonra xeyli müddət slavyanlaşmadılar, oğuzlar kimi əfsunçulara Bayati dedilər. Çünki əfsunçular sehirli sözlərlə insanları bayıldırdılar. Cəsur, igid oğlanlara Deli dedilər. Saldıqları şəhərlərindən birinə Alma, birinə İpek adı verdilər (Описание русских и славянских пергаментных рукописей 1953.стр.226-127). Dovşan totemik addır. Bir zamanlar qurd kimi cəsur olub yağıları öldürməklə yanaşı düşmən güclü olanda əlindən qaçıb qurtulmaq da igidlik sayılırdı. Koroğlunun dili ilə desək:
Gördün ki, düşmən güc gəldi,
Qov bir yana, qaç bir yana.
Mən bizim dilçilərin qəzəbli nitqlərindən sonra şəkildəki dovşanın mehriban sifətinə baxdım. Ürəyimdən qəribə duyğular keçdi: Biz allahın bu günahsız məxluqu kimi səmimi ola bilmərikmi? Mübahisələrə son qoyub ciddi tədqiqat əsərləri yaza bilmərikmi? Dünən Azərbaycanın və Serbiyanın prezidentləri strateji tərəfdaşlıq haqqında müqavilə imzaladılar. Biz Azərbaycan-Serbiya etnogenetik və etnolinqvistik bağlarını elmi tədqiqatın obyektinə çevirib, o sazişə öz töhfəmizi verə bilmərikmi?
Digər Xəbərlər
24 Oktyabr 2025 10:57 İki Super Ay hadisəsi müşahidə olunacaq
22 Oktyabr 2025 12:31 Robototexnikada inqilab: İnsan beyinli robotlar gəlir!
21 Oktyabr 2025 17:40 Ağıllı insanlar daha uzunömürlü olur
20 Oktyabr 2025 12:18 Siz də ətrafınızdakı insanları dəyişmək istəyirsiniz?
20 Oktyabr 2025 11:10 Yanponiyalı tələbədən maraqlı ixtira
17 Oktyabr 2025 16:01 Bu ölkədə azyaşlı uşaqlar da siqaret çəkirlər
17 Oktyabr 2025 15:49 Jurnalistlər “Coolmix”, “Qaf” markalarının istehsal prosesi ilə tanış oldular - FOTOLAR
12 Oktyabr 2025 19:04 

Bakı -°C 






