Döyüş təyyarələri bölgəyə göndərildi - Hədəf İran liderləridir?
ABŞ-yə məxsus bir neçə hərbi reaktiv təyyarə Böyük Britaniya və Almaniyaya köçürülüb, böyük ehtimalla, bu, İrandakı mövcud vəziyyətlə əlaqəlidir.
Adalet.az xəbər verir ki, bu barədə “The Sun” ABŞ Prezidenti Donald Trampın İranda davam edən dinc etiraz aksiyalarının zorakılıqla yatırılması durumunda Amerikanın müdaxilə edəcəyi barədə son xəbərdarlığı barədə bildirib.
“C-17 Globemaster” tipli nəqliyyat təyyarələri və 160-cı Xüsusi Aviasiya Əməliyyatlar Alayına məxsus iki AC-130 təyyarəsi Britaniyanın RAF Feyford hava bazasına eniş edib. “The Sun”un yazdığına görə, bu fəallıq ABŞ Hərbi Hava Qüvvələrinin 12 günlük müharibə zamanı nüvə obyektlərinin bombalanmasından əvvəlki aktivliyi ilə üst-üstə düşür.
Ehtimal edilir ki, bu döyüş təyyarələri etirazları zorakılıqla yatıracağı təqdirdə İranın rəhbər şəxslərini hədəfə alacaq.
Nəşr vurğulayır ki, 160-cı Xüsusi Aviasiya Əməliyyatlar Alayı adətən yüksək hədəflərə qarşı sürətli reaksiya və yüksək riskli əməliyyatları yerinə yetirir.
Donald Tramp xəbərdarlıq edib ki, İran İslam Respublikasının qüvvələri etirazçıları qətlə yetirərsə, Birləşmiş Ştatlar son dərəcə sərt reaksiya göstərəcək. Bu, ABŞ Prezidentinin İranda davam edən ümumxalq etirazlarına cavab olaraq son günlərdə səsləndirdiyi ikinci hədəsidir./Teleqraf
Digər Xəbərlər
27 Yanvar 2026 19:00
Rusiyadan nüvə yanacağının alınmasına qadağa qoyulur
27 Yanvar 2026 18:43
Türkiyədən Suriyaya 600 min nəfər qayıdıb - Ərdoğan
27 Yanvar 2026 13:31
ABŞ-də donvurmadan ölənlərin sayı 34 nəfərə çatdı
27 Yanvar 2026 13:11
Aİ ilə Hindistan təhlükəsizlik və müdafiə paktı imzaladı
27 Yanvar 2026 12:55
Fransada 15 yaşdan kiçiklər üçün sosial media qadağan olundu
27 Yanvar 2026 10:41
Ərdoğan Ermənistana 10 milyon dollar maliyyə yardımı edib? - RƏSMİ CAVAB
26 Yanvar 2026 20:32
Şimal dənizində yeraltı karbon qazı anbarı yaradılır
26 Yanvar 2026 19:13


Bakı -°C

