adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
22 Mart 2024 08:02
2480
SAĞLAMLIQ

Dünya əhalisinin üçdə biri zəhərli su içir - TƏDQİQAT

Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir.

Tədqiqat “Science of The Total Environment” elmi jurnalında dərc olunub.

Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) suda 50 mkq/l icazə verilən maksimum arsen konsentrasiyası üçün köhnəlmiş təlimatlarından istifadə edir. Bu ölkələrə Çin, Banqladeş, Pakistan, Kamboca, Tailand, Myanma, Nepal daxildir.

Yemək bişirmək və ya əkinləri suvarmaq üçün istifadə edilən suyun tərkibindəki arsen maddəsinin uzun müddət ərzində orqanizmə qəbul edilməsi bədənin hər bir orqanına təsir edən bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Arsen xərçəng, diabet, ağciyər və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.

Tədqiqatçılar hökumətlərə suda arsenin miqdarı ilə bağlı daha sərt standartlar tətbiq etməyi və onların sakinlərinə düyünü buxarda bişirmək əvəzinə, çoxlu miqdarda suda bişirməyi tövsiyə edirlər, çünki buxarda bişirmək taxıllarda toksinlərin yığılmasına səbəb olur.