11 Aprel 2025 17:05
339
DÜNYA

Dünya sisteminin mərkəzində güc yox, ədalət dayanmalıdır - Fidan

Dünya sisteminin mərkəzində güc yox, ədalət dayanmalıdır.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində danışıb.

O qeyd edib ki, bu gün Türkiyə Qəzza və Ukrayna üçün ədalət axtaran, Qafqazda sabitlik istəyən bir dövlətdir:

“Türkiyə zülm qarşısında məzlumu müdafiə edir. Bu işi görmək cəsarət istəyir və bu cəsarətə görə cənab Prezidentimizə təşəkkür edirik”.