Azərbaycanın dövlət borcu açıqlandı
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 5075,0 milyon ABŞ dolları təşkil etmişdir.
Adalet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, operativ məlumatlara əsasən 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil etmişdir.
Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 18001,3 milyon manat təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil etmişdir.
Digər Xəbərlər
07 Iyul 2026 10:09
“Azeri Light” bu gün neçəyə satılır?
06 Iyul 2026 19:25
Azərbaycan neftinin Tunisə ixrac həcmi artıb
06 Iyul 2026 10:48
“Ona görə də insan qazandığını artırmağa deyil, göstərməyə həvəsləndirilir...”
06 Iyul 2026 10:39


Bakı -°C

