adalet.az header logo
  • Bakı -°C
07 Iyul 2026 11:22
89
DÜNYA
A- A+

"Türkiyəni kənarda saxlamaq Avropanı daha təhlükəsiz etməyəcək"

Avropanın müdafiəyə daha güclü dəstəyi təqdirəlayiqdir, amma bu dəstək NATO ilə rəqabət aparmamalı, əksinə NATO-nu gücləndirməlidir.

Adalet.az-ın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Ankarada keçirilən NATO dövlət və hökumət başçılarının 36-cı sammitlə bağlı açıqlamasında bildirib.

Nazir deyib ki, hərbi gücü, müdafiə sənayesi və yerləşməsi ilə beynəlxalq təhlükəsizlik arxitekturasının aparıcı üzvü olan Türkiyəni kənarda saxlamaq Avropanı daha təhlükəsiz etməyəcək:

"Ankaradan gələn mesaj aydın olmalıdır. Kollektiv Müdafiə ilə bağlı 5-ci maddəyə sadiqliyimiz sarsılmazdır və siyasi öhdəliklərimiz etibarlı hərbi güclə dəstəklənəcək."